İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, cari ilin ötən 4 ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 milyard 69 milyon dollar (2024-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz çox) təşkil edib.
Bildirilib ki, təkcə cari ilin aprel ayında ixrac olunan qeyri – neft məhsullarının dəyəri 297 milyon dollardan çox təşkil edib, bu da illik ifadədə 20 faizlik artım deməkdir.