Bu ilin birinci yarısında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat olub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 milyon manat çox olmaqla 3 milyard 963 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 milyon manat artaraq 3 milyard 146 milyon manat olub.

Bu ilin 6 ayında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 324 milyon manat çoxdur.

İqtisadiyyat