Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

post-img

İqtisadiyyat Nazirliyində keçirilən Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı işçi qrupun iclasında aidiyyəti dövlət qurumlarının məkan məlumatlarının vahid sistemə inteqrasiyası müzakirə olunub.

Azərbaycanda rəqəmsal idarəetmənin inkişafı və dövlət xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üzrə işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupun növbəti iclası keçirilib. Dövlət qurumlarında mövcud olan məkan məlumatlarının vahid sistemə – “Milli Məkan Məlumatları” informasiya sisteminə inteqrasiyası prosesi, bununla bağlı texniki və təşkilati işlər, habelə qarşıda duran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanları ilə “Milli Məkan Məlumatları” informasiya sisteminin hazırlanması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Sistem gələcəkdə şəhərsalma, kənd təsərrüfatı, əmlak idarəçiliyi və digər sahələrdə rəqəmsal qərarların qəbulunu asanlaşdıracaq.



İqtisadiyyat