Mərkəzi Bankın (MB) məlumatına əsasən, cari ilin avqusutun 1-nə valyuta ehtiyatları 11,191 milyard ABŞ dolları (iyulun 1-i ilə müqayisədə 37,3 milyon dollar və ya 0,3 faiz çox) təşkil edib.
Qeyd edək ki, MB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 202,7 milyon dollar və ya 1,8 faiz artıb, son 1 ildə isə 574,5 milyon dollar və ya 4,9 faiz azalıb.