2025-ci il avqustun 1-nə fəal vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 823,9 min, fəal ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 55,8 min, fəal təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3 faiz artaraq 226,8 min olub.
Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, həmin müddət ərzində uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı isə 140,7 min təşkil edib.