ABŞ Energetika Nazirliyinin ölkəmizin neft hasilatı barədə proqnozu

post-img

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (Eİİ) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək. Ölkəmizdə xam neft hasilatı üzrə proqnoz da əv­vəlki qiymətləndirmə ilə müqayisədə dəyişməyəcək. 

Eİİ-nin proqnozuna görə, 2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrel ilə başlaması, ikinci rübdə 0,54 mil­yon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon barrelə enəcəyi də gözlənilir. Eİİ-nin proqnoz he­sabatında 2025-ci il üçün orta gündəlik ha­silatın 0,57 milyon barel səviyyəsində qa­lacağı da bildirilib. Eyni zamanda, birinci və ikinci rüblərdə bu göstəricinin sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel həddində olacağı qeyd edilib. 

2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarına əsasən, neft ha­silatının ümumi həcmi kondensat da daxil olmaqla 13,7 milyon ton təşkil edib. Bun­lardan 8 milyon tonu “Azəri-Çıraq-Günəş­li” (AÇG) yatağının, 1,9 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu isə “Abşe­ron”un payına düşüb. SOCAR-ın hasilatı kondensat da daxil olmaqla 3,5 milyon ton təşkil edib. Hesabat ilinin birinci yarısın­da neft, o cümlədən kondensat ixracı 11,6 milyon tona çatıb ki, bunun da 9,9 milyon tonu AÇG konsorsiumunun, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Ab­şeron”un payına düşüb.

İqtisadiyyat