Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 51,5 milyard manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur. Hesabat dövründə ümumi dəyərin 78,6 faizini pərakəndə ticarət dövriyyəsi, 18 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 8 ayına nisbətən 4,9 faiz artaraq 49,4 milyard manat olub, onun 43,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
8 ayda bir istehlakçı orta hesabla ayda 628,4 manat və yaxud illik müqayisədə nominal ifadədə 56,8 manat çox vəsait xərcləyib.
XQ