Fermerlər bu il daha çox güzəştli kredit alıblar

post-img

Bu ilin yanvar-iyul aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ölkədə 6 min 255 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin 7 ayında aqrar sektorda fəaliyyət göstərən sahibkarlar tərəfindən edilən 3 min 457 müraciət üzrə 66,6 milyon manat məbləğində kredit verilib. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə kredit alanların sayı 37,1 faiz, kredit məbləği isə 43,5 faiz artıb.

Hesabat dövründə texnika və avadanlıqların alınmasına 50,2 milyon manat kredit verilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 36 faiz çoxdur. Qalan məbləğin 6,1 milyon manatı güzəştli kreditlərin, 10,3 milyon manatı isə mikrokreditlərin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,7 dəfə və 14,4 faiz çoxdur.

XQ

İqtisadiyyat