Sənaye parkları yüksək səmərə əldə edir

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara, ümumilikdə, 1805, cari ilin 8 ayında isə 210 təsdiqedici sənəd verilib.

İZİA-dan bildirilib ki, bu sənədlər əsasında rezidentlər sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində, ümumilikdə, 524,5 milyon manatdan çox, 2025-ci ilin yanvar-avqust aylarında isə 19,5 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

XQ

İqtisadiyyat