Bu məbləğ 7,3 milyard manata çatıb
2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2 milyard 250 milyon manat təşkil edib. Bu da cari il sentyabrın 1-i ilə müqayisədə 113,1 milyon manat və ya 5,3 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 500 milyon manat və ya 28,6 faiz çoxdur.
Ötən müddətdə ölkədə mikro sahibkarlıq subyektlərinə isə 3 milyard 418 milyon manat kredit verilib ki, bu da sentyabr ayının 1-i ilə müqayisədə 71,6 milyon manat və ya 2,1 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 466,2 milyon manat və ya 15,8 faiz artım deməkdir.
Bundan əlavə, cari il oktyabr ayının 1-nə ölkə üzrə kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1 milyard 620 milyon manat təşkil edib. Bu isə əvvəlki ayın 1-i ilə müqayisədə 46,4 milyon manat və ya 2,9 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 48 milyon manat və ya 3 faiz çoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu il oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15 milyard 545 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və ya 7,9 faiz çoxdur.
XQ

