Vladanka Andreyeva: Azərbaycan 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən BMT-yə üzv 143 dövlətdən biri olub

post-img

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən BMT-yə üzv 143 dövlətdən biri olub və bu yaxınlarda BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını da imzalayıb. Bu konvensiya kibercinayətlərin qarşısının alınması və onlarla mübarizə sahəsində əsas çərçivəni müəyyən edir və bu addımlar Azərbaycanın məsuliyyətli mövqeyini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda keçirilən konfransda söyləyib. O bildirib ki, Azərbaycan 2023–2027-ci illər üçün ilk kompleks kibertəhlükəsizlik yol xəritəsini də qəbul edib. Bu strategiya rəqəmsal müdafiə imkanlarının gücləndirilməsini, kritik infrastrukturun qorunmasını, onlayn mühitdə fərdlərin, xüsusilə qadın və uşaqların təhlükəsizliyinin artırılmasını hədəfləyir və rəqəmsal zorakılığa qarşı mübarizədə mühüm baza rolunu oynayır.

İqtisadiyyat