Əsas kapitala yönəldilmiş investisiyalar

post-img

2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 16658,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 8421,2 milyon manatı və ya 50,6 faizi məhsul  istehsalı  sahələrinə, 5614,3 milyon  manatı (33,7 faizi) xidmət sahələrinə, 2623,4 milyon manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 12987,5 milyon manatını və ya 78,0 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 12687,9 milyon manatı və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

XQ

 

İqtisadiyyat