Asiya İnkişaf Bankı (AİB) Ağıllı Enerji İnnovasiya Fondu Azərbaycanın da iştirak etdiyi “ağıllı enerji” ilə bağlı sub-layihəyə investisiya qoyacaq. Qurum bu məqsədlə ümumi məbləği 1,5 milyon ABŞ dolları olan ikinci sub-layihənin istifadəyə verildiyini açıqlayıb.
Azərbaycan və Taylanda dəstək məqsədi daşıyan sub-layihə “ağıllı enerji sistemləri”nə, bərpaolunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası üçün infrastruktura, eləcə də benefisiar ölkələrdə innovativ texnologiyaların və rəqəmsal həllərin təşviqinə investisiyaların qoyulmasını nəzərdə tutur.
Bankdan verilən məlumata əsasən, sub-layihə digər inkişaf etməkdə olan AİB-ə üzv ölkələrlə aparılan cari müzakirələr və ehtiyaclar əsasında genişləndirilə bilər. Bura Qazaxıstan (elektromobillik və doldurma infrastrukturu), Qırğız Respublikası (məlumat mərkəzləri) və Taylandla (məlumat mərkəzləri üçün dayanıqlı və etibarlı enerji təchizatı) aparılan müzakirələr daxildir.
XQ

