Ötən ay 3,1 milyon dollarlıq iplik pambıq ixrac edilib

post-img

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar ayında ölkədən 3,1 milyon dollar dəyərində 1,4 min tondan çox iplik pambıq ixrac olunub.

Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata görə, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, həcm baxımından isə 2,7 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk ayında ölkədən dəyəri 251,96 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 10,3 faiz üstələyir. Hesabat dövründə iplik pambıq ixracının xüsusi çəkisi 1,24 faizə bərabər olub.



İqtisadiyyat