Bu ilin yanvar ayında Azərbaycanın Qazaxıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 33,8 faiz artaraq 33 milyon dolları üstələyib.
XQ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstan ilə ticarətin payı 0,93 faiz təşkil edib.

