Ərdəbil əyalətinin Parsabad (Muğan) şəhərində əkinçilər etiraz aksiyası keçiriblər. Bu barədə etirazçılar sosial media kanallarında paylaşım ediblər.
Avqustun 16-da Təbii Sərvətlər İdarəsinin qarşısına toplaşan narazı fermerlər suyun kəsilməsi səbəbindən əkin və bağ sahələrinin susuzluqdan quruduğuna etirazlarını bildiriblər. Onlar bundan əvvəl hökumət nümayəndələri və yerli məsul şəxslərin əkin suyunun veriləcəyi ilə bağlı vədlərinin yalan çıxdığını deyiblər.
Etirazçılar qeyd ediblər ki, əkin suyuun verilməməsi nəticəsində dəyən zərərin ödənilməsi hakimiyyətin üzərinə düşsə də, fermerlərə heç bir vəsait ödənilmir.
H.RƏHİMZADƏ

