Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvləri “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan üç nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanla görüşüb.
Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində onların həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.
XQ

