Aprelin 21-də elm və təhsil naziri Emin Əmrullayev Sabirabadda vətəndaşların müraciətlərini dinləyib.
Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər. Nazir qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
XQ