Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Xəbəri DİN-in Mətbuat Xidməti yayıb.
Mayın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ