Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə Oman Sultanlığının Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin rəisi Mohammed Bin Nasir Al-Mabsali rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Oman Sultanlığı arasında konsulluq sahəsində əməkdaşlığın perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
XQ