Özbək tələbələrə 28 May dərsi

post-img

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini öyrənən özbək tələbələr üçün xüsusi dərs keçirilib.

Dərsi Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva aparıb.

M.Xudiyeva Respublika Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və milli dövlətçilik ənənələrinin formalaşmasında rolu haqqında geniş məlumat verib. O qeyd edib ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb, xalqımızın azadlıq və müstəqillik arzusunun rəmzinə çevrilib. Tələbələrlə həmçinin Azərbaycan dövlət rəmzləri, milli-mədəni irsimiz, eləcə də müasir dövrdə ölkəmizin beynəlxalq nüfuzu barədə də söhbətlər aparılıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Son xəbərlər