Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul

post-img

Mayın 23-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze çıxış edərək bildirib ki, ölkəsinin çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 26-sı xüsusi əhəmiyyət kəsb edir. Həmin tarixdə Gürcüstan Demokratik Respublikası yaradılaraq gürcü xalqının müstəqil, vahid və azad dövlət qurmaq arzusu reallaşıb.

Regionda və dünyada sülhün və sabitliyin əhəmiyyətindən danışan səfir Gürcüstan hökumətinin münaqişələrin sülh yolu ilə həlli siyasətinə sadiq olduğunu bildirib, Azərbaycanın bu mövzuda dost, strateji tərəfdaş kimi ölkəsinə göstərdiyi dəstəyə minnətdarlığını ifadə edib.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərindən söz açıb. Milli Məclisin sədri iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, enerji və nəqliyyat layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun Gürcüstanda həyata keçirdiyi sosial-humanitar təşəbbüslərin xalqlar arasında yaxınlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirdə Gürcüstan və Azərbaycanın milli mahnıları səsləndirilib

XQ

Son xəbərlər