Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

post-img

Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Milli Assambleyanın sədri Ulu öndərin məzarı önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

***

Həmin gün Bolqarıstan Milli Assambleyasının sədri xanım Nataliya Kiselovanın başçılıq etdiyi nümayəndə heyəti Zəfər parkını da ziyarət edib.

Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli Assambleyanın sədri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

XQ

Son xəbərlər