Şuşada yeni dünya nizamı müzakirəsi

post-img

Bugünlərdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Məclisdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov azad olunmuş ərazilərdə görülən işlərdən danışıb. Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslandığını qeyd edib.

Milli Məclisin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən plenar sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: “32 il əvvəl – 1993-cü il iyunun 15-də son dərəcə mürəkkəb bir şəraitdə - Azərbaycan Respublikası yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazılmışdır”.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zafer Sırakayanın moderatorluğu ilə “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları” mövzusunda panel sessiyada YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UzLiDeP fraksiyasının sədri Aktam Xaitov, Serbiya Tərəqqi Partiyası Sədrliyinin üzvü, Serbiya Respublikasının Avropa inteqrasiyası naziri Nemanya Staroviç müzakirədə iştirak ediblər.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun moderatoru olduğu “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzusunda panel sessiyasında Çinin Azərbaycandakı səfiri Lu Mey, Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı parlament fraksiyası sədrinin müavini Ceyhan İbryamov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili mövzu ilə bağlı çıxış ediblər.

XQ

Son xəbərlər