Azərbaycan–Özbəkistan diplomatik məsləhətləşməsi

post-img

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub.

Həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

XQ

Son xəbərlər