Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

post-img

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Sahibə Qafarova Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib və bildirib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.

Görüşdə ötən il Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə baş tutan parlament konfransının yüksək səviyyədə təşkil olunduğu da qeyd edilib.

 

Son xəbərlər