Kənd təsərrüfatı naziri muxtar respublikada

post-img

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayonunda keçir­diyi qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib, onların mü­raciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin idarə və tabeli qurumla­rının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən əkin sahələrinin təsərrüfat suyu ilə tə­min olunması, torpaq sahələrinin icarəyə verilməsi, işlə təminat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunma­sı, damazlıq heyvanların lizinqi və digər məsələlərlə bağlı olub. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinlə­yib, qaldırılan məsələlərin hərtərəfli öy­rənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həl­lini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. 

Görüş zamanı dövlətim başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı im­zaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaş­dırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulanıb. İştirakçılar bölgələrdə aqrar sahənin problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir qəbuldan sonra Şərur rayo­nunun Arpaçay kəndində fermer Yaqub Tağıyevin istixana təsərrüfatına baxıb, Cəlilkənd kəndində fermerAbdulla Ab­dullayevin əkin sahələrində olub və onun soyuducu anbarı ilə tanış olub. Məcnun Məmmədov Əliabad qəsəbəsin­də süd və süd məhsullarının istehsalı ilə məşğul olan “D-Adlı Qaymaq” MMC-nin fəaliyyəti ilə maraqlanıb, Babək ra­yonun Hacıvar kəndində quş əti istehsalı üzrə ixtisaslaşmış müəssisəyə baş çəkib. Təsərrüfatlarda keçirilən görüşlər zama­nı fermerlərə aqrar sahəyə dövlət maliy­yə dəstəyi mexanizmləri barədə məlu­mat verilib, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Son xəbərlər