Azərbaycan – Braziliya siyasi məsləhətləşməsi

post-img

Sentyabrın 1-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Federativ Respublikasına səfər edib. 

Səfər zamanı Brazilia şəhərində Azərbaycanın və Braziliyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, beşinci raundu keçirilib.  Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Braziliya tərəfindən isə xarici işlər nazirinin birinci müavini Maria Laura de Roşa başçılıq edib.

Səfər çərçivəsində nazir müavini Braziliyanın Vitse-prezidenti Jeraldo Alkmin tərəfindən qəbul olunub. Görüşdə J.Alkmin ötən ilin noyabr ayında COP29-da iştirak edən Braziliya nümayəndə heyətinin rəhbəri qismində ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini qeyd edib. 

İki ölkə arasında çoxtərəfli və xüsusilə “COP Üçlüyü” formatında həyata keçirilən əməkdaşlıqdan razılığını ifadə edən Alkmin ölkəmizin qlobal iqlim gündəliyinə töhfələrini yüksək qiymətləndirib. 

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

XQ

 



Son xəbərlər