Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vətəndaş müraciətlərinin yerində araşdırılması, operativ həlli məqsədilə Şəki rayonunda səyyar görüş təşkil edilib.
AMB-dən bildirilib ki, görüş zamanı vətəndaşlar tərəfindən əsasən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi, fişinq, ATM quraşdırılması və s. məsələlər ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq icraya götürülüb.
Səyyar görüş çərçivəsində vətəndaşlara onların hüquq və vəzifələri, mövcud qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilib.
Qeyd edək ki, Mərkəzi Bank vətəndaş məmnuniyyətinin artırılması, müraciətlərin operativ və şəffaf şəkildə araşdırılması istiqamətində bu cür səyyar görüşlərin mütəmadi olaraq keçirilməsini davam etdirəcək.
XQ

