Sentyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçlə görüşüb.
Görüş zamanı Azərbaycan–Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında liderlərarası təmasların oynadığı rolun vacibliyi vurğulanıb. Münasibətlərin əsasında duran bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin əhəmiyyəti qeyd olunub. Tərəflər, həmçinin iki ölkə arasında müxtəlif, o cümlədən enerji, müdafiə, humanitar, təhsil və sair istiqamətlər üzrə əməkdaşlıq barədə müzakirələr aparıblar.
Diplomatik akademiyalar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.
Görüş zamanı, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
* * *
Həmin gün Azərbaycan və Serbiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya tərəfdən isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.
XQ