Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxış edib. Tədbir Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayı çərçivəsində təşkil olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Sivilizasiyalar Alyansı və Astana qurultayları iki onillikdən artıq müddətdə bəşəriyyət naminə dialoqu təşviq edərək mühüm nailiyyətlər əldə edib. Ksenofobiya təzahürlərinin, milli, dini və irqi zəmində qarşıdurmaya təhrik edən nifrət çağırışlarının artdığı indiki dövrdə sülh və qlobal problemlərin həlli baxımından dinc birgəyaşayış, qarşılıqlı anlayış mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır.
“Biz söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanlarına, dəyərləri və atributlarına, mədəni irs nümunələri və abidələrinə qarşı törədilən terror və vandalizm əməllərini qətiyyətlə pisləyirik”, - deyə QMİ sədri əlavə edib.
XQ