Hərbi attaşelər Milli Aviasiya Akademiyasında

post-img

Ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Milli Aviasiya Akademiyasına ziyarət təşkil edilib. Ziyarətdə 14 ölkənin hərbi attaşelik aparatının 17 nümayəndəsi iştirak edib.

Əvvəlcə qonaqlara Milli Aviasiya Akademiyasının yaranma tarixi, inkişaf mərhələləri, strukturu və fəaliyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, akademiyada bu gün bakalavriat və magistratura səviyyələrində 3 mindən çox tələbə təhsil alır.

Ziyarət çərçivəsində hərbi attaşelər təhsil müəssisəsinin ərazisində, Elm-İstehsalat Birliyində, Aviasiya Tarixi Muzeyində, kitabxanada, laboratoriyalarda, idman kompleksində və tədris korpuslarındakı auditoriyalarda olub, tələbələrlə keçirilən tədris prosesini izləyiblər.

Sonda birgə xatirə fotosu çəkilib.

XQ

Son xəbərlər