Aktauda təyyarə qəzasının qurbanları yad edilib

post-img

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı anım mərasimi keçirilib. Qəzanın baş verdiyi ərazidə təşkil olunan tədbirdə Baş konsulluğumuzun əməkdaşları, Türkiyə, İran, Özbəkistan və Türkmənistanın Aktaudakı baş konsulları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş konsul Ayxan Süleymanlı öz çıxışında Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini qeyd edib. O, Rusiya Federasiyasının hadisəyə hüquqi qiymət verəcəyinə ümid etdiyini bildirib.

Qazaxıstan Xalq Assambleyasının vilayət Ağsaqqallar Şurasının sədri Onaybek Abdilov faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edib, belə ağır hadisələrdə xalqlar arasında həmrəyliyin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycan diasporunun təşkilatçılığı ilə həlak olanların ruhuna ehsan süfrəsi açılıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau

Son xəbərlər