Azərbaycan–Mərakeş əməkdaşlıq müzakirəsi

post-img

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüşü keçirilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.

XQ

Son xəbərlər