Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib.
Tədbirdə şəhid ailələri, Xəzər rayon MKS-nin fəal oxucuları, Binə qəsəbəsində yerləşən 149, 121 və 292 nömrəli məktəblərin müəllim və şagirdləri, 24 saylı musiqi məktəbinin kollektivi və Binə mədəniyyət mərkəzinin üzvləri iştirak ediblər. Əvvəlcə Qulu Ağsəsin yaradıcılığı haqqında slayd nümayiş etdirilib. Sonra Qulu Ağsəs oxucularının suallarını cavablandırıb və yeni şeirlərini səsləndirib. Poeziya qanadlı görüş hər kəsdə xoş təəssürat yaradıb.
XQ