Musiqili Teatr tətilə çıxdı

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 115-ci teatr mövsümünə dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası ilə yekun vurub.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində təqdim olunan 115 yaşlı komediyanın sonuncu quruluşu (1998) tanınmış rejissor, Xalq artisti Cənnət Səlimovaya aiddir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir.

Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, Nahidə Orucova, aktyorlar Şaban Cəfərov, Elxan İsmayılov, Elçin İmanov, Hüseyn Əlili, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Təranə Əliyeva, Elməddin Dadaşov, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

XQ

Mədəniyyət