Salzburg Azərbaycan Evində Diasporlara Dəstək Fondunun dəstəyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə "44 günün nəğməsi" adlı konsert proqramı keçirilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin mənəvi və siyasi əhəmiyyətindən, eləcə də tədbirin məqsədindən bəhs edib:
"44 günlük Vətən müharibəsi xalqımızın birliyinin, əzminin və yenilməz ruhunun parlaq təzahürüdür. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli kimliyimizin, mənəvi iradəmizin təntənəsidir".
Avstriya Azərbaycanlıları Cəmiyyətinin nümayəndəsi Həcər Bağcı qonaqlara Qarabağ müharibəsinin gedişi, Azərbaycanın qazandığı tarixi zəfər və bu qələbənin Azərbaycan xalqı üçün əhəmiyyəti barədə məlumat verib.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Tanınmış tarzən Sahib Paşazadə Rauf Əhmədzadənin "Üzeyir 140 – Tək Dahi" adlı əsərini ifa edib.
M.Kamal
XQ







