TÜRKSOY və Türkiyə universitetlərindən nümayəndə heyəti Türk Akademiyasında olublar

post-img

TÜRKSOY və Türkiyə universitetlərindən nümayəndə heyəti Türk Akademiyasında olublar.

Nümayəndə heyətinə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) rektoru Musa Kazım Arıcan, ASBÜ baş katibinin müavini Serdar Çalımlı, TÜRKSOY-un İnsan Ehtiyatları şöbəsinin müdiri Murat Kahraman, eləcə də nümayəndə heyətinin üzvləri Asem Yereje, Recep Tarık Arıcan və professor Dr. Orhan Kemal Tavukçuoğlu daxil olublar.

Səfər zamanı qonaqlara Türk Akademiyası Muzeyində türk xalqlarının maddi irsinin nadir nümunələri nümayiş etdirilib, onlara Akademiyanın ən son elmi  nəşrləri haqqında məlumat verilib.

Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev qurumun əsas fəaliyyətləri, davam edən elmi təşəbbüslər və beynəlxalq layihələr haqqında ətraflı söhbət açıb.

Nümayəndə heyətinin üzvləri öz növbəsində Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndiriblər, davam edən elmi və mədəni layihələrin əhəmiyyətini qeyd edərək əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildirdilər.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana















Mədəniyyət