Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Doğum günü insanın sanki yenidən anadan olduğu, Uca Tanrının ona növbəti il üçün həyatını yenidən qurmaq imkanı verdiyi, yeni vəzifələr müəyyənləşdirdiyi, eyni zamanda həmin vəzifələri yerinə yetirmək üçün yeni güc bəxş etdiyi bir gündür.
Bu, xüsusilə Sizin kimi yüksək səlahiyyətlərə, böyük istedada və nüfuza malik insanlara aiddir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik şəkildə inkişaf edir, həm keçmişdən qalmış problemləri, həm də Qafqaz regionunun və bütövlükdə dünyanın inkişaf xüsusiyyətlərinin diktə etdiyi yeni çağırışları uğurla həll edir. Siz zamanın çağırışlarına çevik reaksiya verir, ölkəni və onun əhalisini davamlı olaraq rifaha doğru aparırsınız.
Bu baxımdan xüsusi olaraq Azərbaycanda millətlərarası sülhün təmin edilməsi və dindarların hüquqlarına riayət olunması istiqamətində fəaliyyətinizə görə Sizə ən səmimi minnətdarlığımı bildirirəm. Əqidə yoldaşlarımın ölkənizdəki icması dövlətin köməyinə və dəstəyinə, vicdan və dini etiqad azadlığının müdafiəsi istiqamətində Sizin ardıcıl və prinsipial mövqeyinizə nə qədər çox borclu olduğunu yaxşı başa düşür. Azərbaycana son səfərim zamanı bunun növbəti əyani təsdiqinin şahidi oldum və şəxsi görüşümüzdə ürəkdən söylədiyim sözləri yalnız təkrar edə bilərəm: “Sizə sonsuz təşəkkürümü bildirirəm”.
Qoy bu sevincli gündə Uca Yaradan Sizə xoşbəxtlik, uğurlar və sevinc hissi ilə dolu bir həyat bəxş etsin! Həyatınızın yeni ilində Sizə möhkəm cansağlığı, nailiyyətlər və Azərbaycan üçün olduqca zəruri olan çətin, lakin şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Dərin hörmətlə,
Berl Lazar
Rusiyanın baş ravvini

