Gürcüstanın xarici işlər nazirinin sabiq müavini, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauridən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizə və gözəl ailənizə möhkəm cansağlığı, rifah, qardaş Azərbaycan xalqının firavanlığı naminə gördüyünüz işlərdə böyük uğurlar arzulayıram. Siz və ailəniz dahi Heydər Əliyevin ideyalarını yaşadırsınız.

İstər Azərbaycanın inkişafı istiqamətində, istərsə də beynəlxalq miqyasda çoxşaxəli fəaliyyətinizdə əldə etdiyiniz mühüm nailiyyətlərdən qürur duyuruq.

Dərin hörmətlə və ehtiramla,

 

David Aptsiauri

Gürcüstanın xarici işlər nazirinin sabiq müavini,

fövqəladə və səlahiyyətli səfir, professor

Məktublar