Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 318 Bakı şəhəri, 8 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 avqust tarixli 1816 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; 2019, № 2, maddə 331, № 4, maddə 773, № 5, maddə 948; 2020, № 4, maddə 489; 2021, № 2, maddə 194; 2022, № 8, maddə 982; 2023, № 2, maddələr 294, 302, № 3, maddə 435) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 6.1-1-ci və 6.1-2-ci bəndləri ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 iyul tarixli 224 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 11.3.13-cü yarımbənddə “məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində sığortaolunan kimi qeydiyyatda olmasına” sözləri “dövlət sosial sığorta sistemində fərdi uçotunun olub-olmamasına” sözləri ilə əvəz edilsin;
2.2. 11.3.15-ci yarımbəndə “sığorta” sözündən sonra “haqları” sözü əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

