№ 158 Bakı şəhəri, 13 may 2025-ci il
“Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2443 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri