№ 176 Bakı şəhəri, 4 iyun 2025-ci il
“Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 214 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 26 noyabr tarixli 374 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 214 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 949 (Cild I); 2024, № 3, maddə 316) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə Milli Elmlər Akademiyasının” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası” üzrə:
3.1. adında və 1.2-ci bənddə “Milli Elmlər Akademiyasının” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;
3.2. 1.3-cü bənddə “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 5-ci hissəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində yaradılmış “AMEA Yüksək Texnologiyalar Parkı” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “ETN Yüksək Texnologiyalar Parkı” sözləri ilə əvəz edilsin;
3.3. 1.7-ci, 2.12-ci bəndin birinci və ikinci cümlələrində və 2.13-cü (birinci halda) bəndlərdə ismin müvafiq hallarında “Milli Elmlər Akademiyası” sözləri ismin müvafiq hallarında “Respublikası Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. Həmin Qaydaya əlavə - “YT Parkda istehsal olunan məhsullara tələbat barədə məlumat”ın yuxarı sağ küncündə “Milli Elmlər Akademiyasının” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri