№ 356 1 dekabr 2025-ci il, Bakı şəhəri
“Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 23 may tarixli 606 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 23 may tarixli 606 nömrəli Sərəncamının 3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; 2025, № 9, maddə 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112, № 3, maddə 319, № 4, maddə 443; 2025, № 2, maddələr 187, 201) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı” üzrə:
2.1.1. aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:
“10-1. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri;”;
2.1.2. 13-cü hissədə “xidmətinin rəisi və onun müavinləri” sözləri “Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin şöbə müdirləri” sözləri ilə əvəz edilsin;
2.1.3. 46-cı hissəyə “müdirini,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisini,” sözləri əlavə edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın 1-ci hissəsinə “müdirinin,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin,” sözləri əlavə edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.4-cü bəndinə “rəhbərinin,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin,” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 may tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 580; 2025, № 8, maddə 802) ilə təsdiq edilmiş “Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”na aşağıdakı məzmunda
1-1-ci hissə əlavə edilsin:
“1-1. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin inzibati binası;”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

