2025-ci il dekabrın 1-dən etibarən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaqdır.
“Naxtel” MMC abunəçilərinin hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün 2025-ci il oktyabrın 1-dən dekabrın 1-dək ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell və Nar) müraciət etmələri tövsiyə olunur.
Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcəkdir. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcəkdir (sıfırlanacaqdır).
“Naxtel” MMC qeyd olunan tarixədək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) vəsaitlərin geri qaytarılması və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və belə tələblərdən imtina etmək hüququna malikdir.
Dəyişikliklər haqqında ətraflı məlumatı “Naxtel” MMC-nin telefon mərkəzindən (299) əldə etmək mümkündür.