“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının
balansındakı bəzi aktivlər üzrə borcların tələb hüquqlarının müsabiqə yolu ilə satışının keçirilməsi barədə
ELAN
Müsabiqəyə çıxarılan aktivlər üzrə borcların tələb hüquqları barədə məlumat:
1. “Kavkasis Betoni 2007” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə tələb hüququ
Tələb hüququnun ilkin satış dəyəri 21.547.587,01 (iyirmi bir milyon beş yüz qırx yeddi min beş yüz səksən yeddi manat 01 qəpik) manat.
2. “Solid Consulting LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə tələb hüququ.
Tələb hüququn ilkin satış dəyəri 45.947.231,7 (qırx beş milyon doqquz yüz qırx yeddi min iki yüz otuz bir manat 70 qəpik) manat.
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 17 aprel 2026-cı il saat 10.00-dan – 15 may 2026-cı il saat 16.00-dəkdir.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 20 may 2026-cı il saat 11.00-dır.
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.
Aktivin parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 17 aprel 2026-cı il tarixdən 18 may 2026-cı il tarixədək, həftənin 3-cü və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90.
Əhəd Vəhədzadə 050-374-27-27.
İddiaçıların qarşısında irəli sürülən şərtlər.
1. İddiaçı tərəfindən aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən aktivi almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə aktiv üçün təklif olunan məbləğ aydın şəkildə rəqəmlə və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı aktivin start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar aktiv üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi aktivin dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.
5. Etibarnamə (nümayəndə iştirak etdikdə).
Qeyd: iddiaçı hüquqi şəxs olduqda-(dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti).
Beh ödənilməsi üçün bank rekvizitləri
Kod: 501587
VÖEN: 1300025711
SWIFT BIC- ACJTAZ22
M/h: Mərkəzi Bankda –
AZ45NABZ 01350 1000 000 000 35944
H/h: AZ67ACJT45019192794010094401
Ünvan: Bakı şəhəri, AZ 1006. Qədirli küçəsi 125.

