Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat:
1. İmişli rayonunda yerləşən 2 ədəd əmlak kompleksi kimi müəssisə (8,5 hektar torpaq sahəsində yerləşən 21,675.00 kv.m və 1.23 hektar torpaq sahəsində yerləşən 12,054.90 kv.m tikili) və 8 çıxarışdan ibarət cəmi 7,4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri (Quşçuluq kompleksi). Əmlak yüklü deyil.
Start qiymət - 5.000.000,0 (beş milyon) manat.
2. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 391 nömrəli ünvanda yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 2.160.000,00 (iki milyon bir yüz altmış min) manat.
3. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 nömrəli ünvanda yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 1.620.000,0 (bir milyon altı yüz iyirmi min) manat.
4. Şəki rayonu, Daşüz kəndində yerləşən, kənd təsərrüfat təyinatlı 500 hektar torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil.
Start qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat.
5. Şəki şəhəri, Salman Mümtaz küçəsində 7,3 hektar sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 795.000,0 (yeddi yüz doxsan beş min) manat.
6. Şəki şəhəri, Salman Mümtaz küçəsində 7,1 hektar sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 770.000,0 (yeddi yüz yetmiş min) manat.
7. Şəki şəhəri, Salman Mümtaz küçəsində 29,8 hektar sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat.
8. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3,8666 hektar torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar). Əmlak yüklü deyil.
Start qiymət – 773.000,00 (yeddi yüz yetmiş üç min) manat.
9. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 201C nömrəli ünvanda yerləşən 242.3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.Əmlak yüklü deyil.
Start qiymət – 390.103,00 (üç yüz doxsan min bir yüz üç) manat.
10. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195X nömrəli ünvanda yerləşən 60.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.Əmlak yüklü deyil.
Start qiymət – 102.312,00 (bir yüz iki min üç yüz on iki) manat.
11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197B nömrəli ünvanda yerləşən 214.8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 345.828,00 (üç yüz qırx beş min səkkiz yüz iyirmi səkkiz) manat.
12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197A nömrəli ünvanda yerləşən 164.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 265.167,00 (iki yüz altmış beş min bir yüz altmış yeddi) manat.
13. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199C nömrəli ünvanda yerləşən 51.0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 85.680,00 (səksən beş min altı yüz səksən) manat.
14. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199B nömrəli ünvanda yerləşən 61.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 103.656 (bir yüz üç min altı yüz əlli altı) manat.
15. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199D nömrəli ünvanda yerləşən 68.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 115.248,00 (bir yüz on beş min iki yüz qırx səkkiz) manat.
16. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küşəsi 65, 3 nömrəli ünvanda yerləşən 418.10 kv.m və 244.1 kv.m sahədən ibarət 2 qeyri-yaşayış sahəsi bir lot üzrə. Əmlaklar yüklü deyil.
Start qiymət müvafiq olaraq - 750.000,0 (yeddi yüz əlli min) manat və 384.458,00 (üç yüz səksən dörd min dörd yüz əlli səkkiz) manat.
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 17 aprel 2026-cı il saat 10.00-dan – 15 may 2026-cı il saat 16.00-dəkdir.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 20 may 2026-cı il saat 11.00-dır.
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.
Əmlaka, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 17 aprel 2026-cı il tarixdən 19 may 2026-cı il tarixədək, həftənin 3-cü və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90.
Əhəd Vəhədzadə 050-374-27-27.
İddiaçılar qarşısında irəli sürülən şərtlər
1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər
1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.
5. Etibarnamə (nümayəndə iştirak etdikdə).
Qeyd: iddiaçı hüquqi şəxs olduqda-(dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti).
Beh ödənilməsi üçün bank revizitləri
Kod: 501587
VÖEN: 1300025711
SWIFT BIC-ACJTAZ22
M/h: Mərkəzi Bankda- AZ45NABZ 01350 1000 000 000 35944
H/h: AZ67ACJT45019192794010094401
Ünvan: Bakı şəhəri, AZ 1006. Qədirli küçəsi 125.

