Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

post-img

Bu gün dünyanın hərtərəfli etimada, ədalətə, mədəniyyətə ehtiyacı var. Həmrəylik sadəcə söz deyil. Bu, daha ədalətli və bir-birini dəstəkləyən dünyanın yaradılmasından keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Belarusun “Belaya Rus” Partiyası sədrinin müavini Andrey Buqrov deyib.

Andrey Buqrov bildirib ki, dünya sürətlə dəyişir, iqtisadiyyat rəqəmsallaşır, sistemlər daha ağırlaşır: “Ədalət gələcəyin yeni infrasturkturuna çevrilib. Gələcək ədalət bir arxitekturadır və onun siyasi memarı kimi siyasi partiyalar çıxış edirlər”.

“Azərbaycan xalqını yaxşı başa düşürük. İkinci Dünya Müharibəsində alman faşistləri bizim qocaları, qadınları, uşaqları yandırmışdılar. Biz bunları yaxşı xatırlayırıq. Belarusun Xatın kəndində bu tarixi yaddaş qalıb. Ona görə biz ağrını yaxşı başa düşürük. Necə illər keçib. Bəli, bağışlaya bilərsən, amma unuda bilməzsən. Unutmaq mümkün deyil. Hər kəs özünəməxsusluğu qorumağa çalışır, amma həmfikir olduqda birgə çıxış etmək mümkündür. Burada oturan hər kəs istəyir ki, bizim uşaqlar öz torpağında sülh və firavanlıq içində yaşasınlar. Bu gün siyasi partiyalar o qədər güclü olmalıdır ki, bir iş görə bilsinlər. Çıxışımı bu sözlərlə başa çatdırmaq istərdim: Zaman bizi seçmişdir”, - deyə Andrey Buqrov bildirib.

Siyasət