Prezident Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib

post-img

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Lideri bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Sizin bu məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub”, - deyən Rusiya Prezidenti Moskvanın da öz növbəsində bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Siyasət