Türkiyə Müdafiə Nazirliyi: İki qardaş ölkənin birliyi sarsılmazdır

post-img

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin müdafiə nazirliyi Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.

Paylaşımda iki qardaş ölkənin birliyinin sarsılmazlığı vurğulanır. “Qardaş Azərbaycan xalqını səmimi-qəlbdən salamlayırıq. Biz “Bir millət, iki dövlət” kəlamı kontekstində həmişə bir olacağıq. Yaşasın Türkiyə və Azərbaycan!”, - deyə nazirliyin paylaşımında bildirilir.

 

Siyasət